Hərbçilər arasında yaranmış münaqişənin səbəbi açıqlanmır
Müdafiə Nazirliyinin hərbi hissələrinin birində əsgərlər arasındakı mübahisə ölümlə nəticələnib.
Əsgər Yaşar Əhədzadə mübahisə zəminində xidmət yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. İ.Musayev aldığı xəsarətdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, Yaşar Əhədzadənin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.