Əsgər atası oğlunun müəmmalı qətlinin sübutlarını tapır, Hərbi Prokurorluq isə işi bağlamaq üçün şahidlərlə “iş birliyinə” girir ?
“ Burada yazılıb ki, Adil (əsgərin adı şərtidir) mənə deyir ki, Orxanı telefon üstündə öldürüblər. Burada da açıq aşkar yazılıb ki, o bunu çöldə görüb. Yəni başqa bir əsgərdən (şahiddən) söhbət gedir”.
2013-cü ilin dekabrında Naftalanın N saylı hərbi hissəsində həlak olan əsgər
Orxan Alıyevin
atası oğlunun ölümünə aid növbəti sübutlar əldə edib. Atasının sözlərinə görə, bunlar həmin dövrdə
Orxan Alıyevlə
bir hərbi hissədə quluq edən əsgərin tanıdığı qıza verdiyi məlumatların mesajla başqa bir xanıma göndərilməsi, eyni zamanda sübutların
Respublika Hərbi Prokurorluğunda ağır cinayətlərə dair şöbəsinin müstəntiqi Nihat Şixəliyev
tərəfindən ört-basdır edilməsi ilə bağlıdır:
“ Bunu həmin xanımın rəfiqəsi təsadüfən ailəyə yaxın olan birinə danışıb. Sonra da mesajdaşıblar. 20 vərəqlik bir mesajlaşma var. Burda o hadisəni kimlərin gördüyü açıq bildirilir ”, deyən Şirazi Alıyev əlavə edir ki, yazışmada hadisənin şahidi olan əsgərlərdən biri mesajlaşan qızlardan birinə bildirib ki, prokurorluq onu incitdiyinə görə olanlar barəsində yalan danışmağa məcbur olub:
“ Deyir ki, hadisənin ikinci günü mən boynuma aldım ki, Orxanı öldürdülər. 20 gün ona işgəncə veriblər. Əsgərlikdən qayıtdıqdan sonra fikri var idi ki, onları məhkəməyə versin. Mən özüm isə məsələnin araşdırılması ilə bağlı
Respublika Hərbi Prokurorluğunda ağır cinayətlərə dair şöbəsinin müstəntiqi Nİhat Şixəliyevə
zəng edirəm ki, bu iş niyə araşdırılmır. Axı generalımızın tapşırığı var ki, Şirazi Alıyev də bu araşdırlmada iştirak etsin. Təəssüflər olsun ki, bu uşaqları gizli bir neçə dəfə dindiriblər. Sonra isə Prokurorluğun təsiri altına düşərək telefon nömrələri də dəyişilir”
Şirazi Əliyev
deyir ki, əldə etdikləri audio yazıda işi araşdıran
Respublika Hərbi Prokurorluğunun ağır cinayətlərə dair şöbəsinin müstəntiqi Nihat Şixəliyevin
adı hallanır
Sonrakı danışıqda isə həmin xanım öz rəfiqəsinə sms-lərlə bağlı onu problemə saldığını deyir və qeyd edir ki, bundan çıxamq üçün bu söhbətin başqa cür olduğunu bildirməlidir.
Məsələ ilə bağlı müstəntiq
Nihat Şixəliyevlə
əlaqə saxladıq. Şirazi Əliyevin əldə etdiyi sübutlara münasibət bildirməyini istəsək də o bundan imtina edərək, telefonun dəstəyini asdı:
Hərbi ekspertlərin sözlərinə görə, bu ilin 7 ayı ərzində 70-dən artıq əsgər hərbidə müəmmalı şəkildə dünyasını dəyişib. Onların bir çoxuna adiyatı qurumlar tərəfindən ürək çatışmazlığı diaqnozu qoyulub. Elə 19 yaşlı Orxan Alıyevin ailəsinə də övladlarının ürək çatışmazlığından dünyasını dəyişməsi barədə məlumat verilmişdi.
Qeyd: Ses yazilarında, sms-lərdə əsgərlərin və danışanların adları gizlədilib. Lakin adları və audio yazının bütün hissəsini istənilən halda valideynlərdən almaq mümkündür.