Əsgər hərbi hissənin idman meydançasında ölü tapılıb

Əsgər ölümü – Foto: ChatGpt

Azərbaycan Ordusunun əsgərinin vəfat etdiyi bildirilir.

Məlumata görə, hadisə Yevlax rayonunun ərazisindəki hərbi hissədə baş verib.

20 yaşlı Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Onun iki ay sonra tərxis olunacağı qeyd edilir.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Ötən ay, fevralın əvvəlində 10 günün əsgəri Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda vəfat etmişdi. Ölüm səbəbi açıqlanmamışdı.

Müdafiə Nazirliyi və digər aidiyyatı qurumlar əsgər ölümləri ilə bağlı tam və yekun statistikanı açıq paylaşmır.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci il hesabatına görə, Azərbaycanda ən azı 42 hərbçi qeyri-döyüş şəraitində vəfat edib. Bu ölümlər əsasən, xəstəlik və intihar səbəbilə olub.

Ana səhifəXəbərlərƏsgər hərbi hissənin idman meydançasında ölü tapılıb