JAMnews-un materialı
Gürcüstanda jurnalistlər “Mtavari” müxalifət kanalının azadlığı uğrunda
“Mtavari telekanalı ilə həmrəylik”, “Gürcüstanın Avropa seçimi təhlükədədir”, “Hökumət media ilə mübarizə aparır”, “Nikaya azadlıq” – bu şüarlar altında yüzlərlə insan mayın 18-də axşam saatlarında Tbilisidə ölkənin ən məşhur müxalifət telekanalı “Mtavari Arxi”yə dəstək məqsədli marşa çıxıb.
Kanalın adı tərcümədə “Əsas kanal” deməkdir. Bu isə Gürcüstanda “Əsas üçün mübarizə aparırıq” deyən müstəqil medianın sloqanına çevrilib.
Etirazçılar, o cümlədən jurnalistlər və müxalif siyasətçilər əvvəlcə “Respublika” meydanından parlamentə doğru yürüş ediblər. Oradan isə “Mtavari Arxi”nin ofisinə gediblər.
“Mtavari Arxi”nin baş direktoru vəzifəsini icra edən Giorgi Qabunia telekanalın qarşısında toplaşan etirazçılara “Biz həbsxana kamerasında yaşamaq fikrində deyilik, biz azad dünyada yaşamalıyıq” deyib.
“Gürcüstan üçün Avropaya inteqrasiya imkanları pəncərəsi açılan bu gün müxalifət kanalının liderinin həbsi onilliklər boyu davam edən mübarizədən və gərgin işdən geri çəkilmək və Rusiyaya qayıdışdır”, – aksiyanın təşkilatçıları bildiriblər.
“Mtavari Arxi”nin baş direktoru hökmün elan olunduğu məhkəmə zalında həbs edilib və üç il altı ay azadlıqdan məhrum edilib.
Əsas ittihamlardan biri də ailə ehtiyacları üçün xidməti avtomobildən istifadədir.
Ekspertlər, yerli və beynəlxalq QHT-lər Qvaramiyanın həbsini siyasi motivli hesab edirlər.