“Ərzaq və kənd təsərrüfatı məhsullarında idxaldan asılı vəziyyətdəyik”

“Fermerlərimizə çatacaq maliyyə vəsaitləri isə əcnəbi fermerlərin biznesini stimullaşdırır”

Source:


“Fermerlərimizə çatacaq maliyyə vəsaitləri isə əcnəbi fermerlərin biznesini stimullaşdırır”

Kənd təsərrüfatı üzrə mütəxəssis 2015-cü ilin beş ayına dair xarici ticarətin gömrük statistikasını müxtəlif dövrlərlə müqayisə edərək təhlilili yazıb. O, statistik məlumatlara əsaslanaraq öz Facebook səhifəsində yazıb ki, bu ilin 5 ayında idxal mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 15.91 faiz , o cümlədən yeyinti məhsulları idxalı 10, 07 faiz artaraq ümumi idxalın 11,57 faizini təşkil edib. Artıq uzun illərdir ki, davamlı olaraq bir sıra ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalı artmaqda davam edir. Buna heyvandarlıq məhsullarından ət və kəsim üçün nəzərdə tutulan diri heyvanları da aid etmək olar. Belə ki, ət idxalı bu ilin 5 ayında cüzi artsa da əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı nəzərəçarpacaq dərəcədə artıb.

V.Məhhərəmov bildirib ki, keçən ilin analoji dövründə olkəyə 20,7 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda bu il həmin göstərici 19,75 faiz artaraq 24,8 milyon dollar təşkil edib. 2010-cu ilin beş ayı ərzində isə ölkəyə cəmi 1,4 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda son 5 il ərzində bu göstərici dəyər ifadəsi ilə 18 dəfə artıb. Gömrük Komitəsinin statistikasında bu ilin 5 ayı ərzində ölkəyə 184,5 milyon dollar dəyərində buğda idxal olunduğu və bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 49,15 faiz çox olduğu göstərilir.

“Uzun müddətdir ki, hökumət taxıl istehsalında maraqlı olduğunu vurğulayır. Həm də uzun müddətdir ki, bu sahədə problemlər öz həllini tapmır. Hökumət taxıl istehsalına “diqqətini artırdıqdan” sonra bu sahədə idxala ciddi maraq yaranmağa başladı. Belə ki, 2000-ci ilin əvvəllərində ölkəyə il ərzində 600-650 min ton, 68-69 milyon ABŞ dolları dəyərində buğda idxal olunduğu halda, indi gətirilən malın həcmi 2 dəfədən çox, dəyəri isə 5-6 dəfə artıb. Hətta 2010-cu ilin 5 ayı ərzində ölkəmizə 86,8 milyon dollar dəyərində taxıl idxal olduğu halda bu ilin analoji dövründə bu göstərici 2 dəfədən çox artaraq 184,5 milyon dollar təşkil edib. Bu ilin 5 ayı ərzində ölkəyə meyvə-tərəvəz idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 140 faizdən çox artıb. Keçən ilin yanvar-may ayları ərzində 13,7 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda bu ilin 5 ayı ərzində bu göstərici 2,4 dəfə artaraq 33,1 milyon dollar təşkil edib. Statistik məlumata görə, yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 328 faiz artıb. Keçən ilin analoji dövründə bu qrupdan olan malın idxal dəyəri 4,6 milyon dollar olduğu halda bu il 4,3 dəfə artaraq 19,9 milyon dollar təşkl edib. Digər mal qrupları üzrə də, misal üçün, bəzi yeməli meyvəköklülər və kök yumruları – 44.91 faiz, unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası 27,58 faiz, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər-20,14 faiz, zülal tərkibli maddələr; modifikasiya olunmuş nişastalar; yapışqanlar; fermentlər keçən ilin müvafiq dövrünə nisbətən 40,34 faiz artıb”,-deyə mütəxəssis söyləyib.

O, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatı idxaldan asılı vəziyyətdə qalıb: “İdxalda marağı olan dövlət məmurlarının maraqlarına uyğun olaraq bu aslılıq get-gedə artır. Daxili bazarda çətinliklə özünə yer tapan yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Bu səbəbdən də kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır. Fermerlərimizə çatacaq maliyyə vəsaitləri isə əcnəbi fermerlərin biznesini stimullaşdırır və həyat şəraitini yaxşılaşdırır”.

Ana səhifəXəbərlər“Ərzaq və kənd təsərrüfatı məhsullarında idxaldan asılı vəziyyətdəyik”