Keçmiş səfir 6 ay əvvəl nazir vəzifəsinə gətirilib
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan mayın 27-də istefa ərizəsini təqdim edib. Bu barədə nazirliyin mətbuat katibi Anna Naqdalyan "Facebook" səhifəsində yazıb.
Ara Ayvazyan 2020-ci ilin 18 noyabrında xarici işlər naziri təyin olunub. O, istefa verən Zohrab Mnatsakanyanı əvəz edib.
A.Ayvazyan nazir vəzifəsinə təyin olunana qədər Ermənistanı Litva, Estoniya və Latviya respublikalarında səfir vəzifələrində təmsil edib.