Pilotlar ölüblər
Ermənistanın hərbi-hava qüvvələrinin SU-25 təyyarəsi dekabrın 4-də qəzaya uğrayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanesyan məlumat
verib.
O bildirib ki, təyyarə təlim uçuşu həyata keçirirmiş.
SU-25 təyyarəsi ilə əlaqə Gümridən havaya qalxdıqdan 15 dəqiqə sonra itib. Təyyarənin qalıqları Maralik rayonunda dağlarda tapılıb.
Təyyarənin pilotları polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan ölüblər.
Gümridə Rusiyanın 102-ci hərbi bazası yerləşir. 2010-cu ilin yayında Rusiya və Ermənistan bazanın yerləşməsi barədə müqaviləni 2044-cü ilə qədər uzadıblar.