Mənbə: Reuters

Ermənistanın cənubunda Rusiya hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb

Məqalə yeniləndi:  4 May 2021

Məqalə JAMnews saytında dərc olunub.

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətində Rusiyanın 102 saylı hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb. Bu haqda Ermənistanın Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bildirib.

Ermənistan və Rusiyanın Sünikdə, ölkənin cənub regionunda Rusiyanın 102 saylı hərbi bazasının dayaq məntəqələrinin yaradılması ehtimalını müzakirə etdikləri haqda Nikol Paşinyan apreldə bildirmişdi.

Amma daha əvvəl, fevralda Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən də Rusiya hərbi bazasının genişləndirilməsi haqda müdafiə naziri Vaharşak Harutunyan bildirib.

Rusiyanın 102 saylı bazası 1995-ci il dövlətlərarası sazişə əsasən, Ermənistanın böyüklüyünə görə ikinci şəhəri Gümridə yerləşir. 2010-cu ildə Rusiya və Ermənistan bazanın yerləşdirilməsi haqda sazişin müddətini 2044-cü ilə qədər uzadıblar.

Ermənistanın təhlükəsizlik sistemi dəyişməyib

Milli Məclisdə çıxışı zamanı Nikol Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik sistemi dəyişməyib. Ölkənin bütün sərhədlərinin müdafiəsi Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının gücü və səyi ilə həyata keçirilir:

“Sirr deyil ki, Ermənistanın Sünik vilayətində Rusiyanın 102 saylı hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb. Bu, sadəcə [Sünik] vilayətinin yox, ümumilikdə Ermənistanın təhlükəsizliyi üçün əlavə təminatdır”.

Sərhədyanı regionun möhkəmləndirilməsi haqda

Müstəqil deputat Taqui Tovmasyan parlamentdə Paşinyandan Azərbaycanla sərhəddə yerləşən regionlarda – Sünikdə və Qeqarkunikdə Ermənistanın müdafiə mövqelərinin möhkəmləndirilməsi üçün nələrin edildiyini soruşub. Onun sözlərinə görə, müharibədən sonra artıq yarım il keçib və səngərlərin, möhkəmləndirilmiş və təchizatlı mövqelərin olmaması “narahatlıq doğurur”.

“Tam delimitasiya və demarkasiyaya qədər bizi sərhəddə nə gözləyir?” – deputat maraqlanıb.

Sual baş naziri özündən çıxarıb. Onun sözlərinə görə, Sünik və Qeqarkunik vilayətlərində sərhəd lazımi formada qurulur, amma bu iş aydın səbəblərdən ictimailəşdirilmir:

“Çox vaxt mən sizin daxili ictimai müzakirənizi dinləyəndə, anlayıram ki, Azərbaycan kəşfiyyatına iş üçün böyük resurslar xərcləmək lazım deyil. Düz deyirlər ki, Əliyevə kəşfyyata pul xərcləmək lazım deyil, ona bütün məlumatları biz veririk.

Təklif edirəm ki, gələn dəfə birdəfəlik koordinatlarla və xəritələrlə təqdim edək, məsələn, bu koordinatlarda səngər yoxdur, burada biz güclüyük, burdan hücuma keçməyə dəyməz, burada isə dəhliz var – hücum etmək olar. Siz ümumiyyətlə nə etdiyinizi başa düşürsüz?”

Buna cavab olaraq deputat deyib ki, tərəflərin mövqeləri bir-birinə o qədər yaxın yerləşir ki, səngərlərin və mövqelərin vəziyyətini rəqib onsuz da görür və heç bir koordinat verməyə ehtiyac yoxdur:

“Mənə sadəcə maraqlıdır, niyə bizim müdafiə sistemimiz bu vəziyyətdədir […] ki, Azərbaycan birbaşa bizim təchizatımızı, müdafiəmizi, əsgərlərimizin geyimlərini görür, çünki bir çox yerlərdə üz-üzə dayanıblar. Və mənə maraqlıdır ki, niyə bizim ön cəbhəmiz təchizatsızdır”.

Nikol Paşinyan deputatları əmin edib ki, müvafiq işlər aparılır, amma edilənləri heç kim görə bilməz:

“Şükür Tanriya ki, nə siz, nə azərbaycanlılar bunu görə bilmir. Mən buna şadam”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fw5woy

Ən çox baxılan