23.29.
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrini
açıqlayıb
: "Seçki məntəqələrinin 4 faizinin nəticələrinə görə, Nikol Paşinyan 58.04 faizlə liderdir. İkinci yerdə Robert Köçəryanın blokudur-22.01 faiz".
***
23.09.
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan elektron səsvermədə Nikol Paşinyanın lider olduğunu deyib. T.Mukuçyan N.Paşinyanın 163, sabiq prezident R.Köçəryanın 135 səs topladıqlarını
bildirib
.
***
21.37.
Ermənistanda parlament seçkilərində 1 milyon 281 min 174 nəfər, yaxud 49.4 faiz seçici səsverməyə qatılıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama
verib
.
Onun sözlərinə görə, paytaxtda seçici iştirakı 51.55 faiz təşkil edib. Əyalətlər sırasında seçici iştirakında Sünik öndədir-
60.38 faiz
.
***
20.50.
Ermənistanda parlament seçkiləri başa çatıb.
MSK
s
aat 21: 00-da yekun məlumatları elan edəcək.
Ölkədə 2 milyon 593 min, 572 seçici var, onun 855 mini paytaxtda yaşayır.
***
19.57.
Ermənistan Mərkəzi Seçki Komissiyasının
məlumat
ına görə, saat 17.00-ə qədər 38.17 faiz seçiçi səsvermədə iştirak edib:
"Paytaxt Yerevanda 29.41, ölkənin ikinci şəhəri Gümrüdə 29.41, Vanadzorda 37.62 faiz seçici səs verib".
***
Seçki kampaniyasını müşahidə edən təhlilçilər yarışın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Köçəryan arasında getdiyi qənaətindədir
İyunun 20-də Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə – 21 partiya və 4 blok qeydiyyatdan keçib.
Ermənistanda 2008 seçki məntəqəsi var, onlardan 479-u Yerevanda, 1529-u isə bölgələrdə yerləşir.
Seçkini maraqlı edən amillərdən birinin prosesdə bütün sabiq prezidentlərin iştirakı göstərilir. Ermənistanın birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir. İkinci prezident Robert Köçəryan "Ermənistan" blokunun siyahısında ilk sıradadır. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır.
Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir.
Parlamentə düşmək üçün siyasi partiyalar 5, bloklar 7 faizlik baryeri aşmalıdırlar.
Seçki kampaniyasını müşahidə edən təhlilçilər yarışın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Köçəryan arasında getdiyi qənaətindədir.
Ermənistan Seçki Komissiyasının məlumatına görə, saat 14-ə qədər seçicilərin 26,82 faizi seçkidə iştirak edib. Seçici fəallığının paytaxt Yerevanda, Sünik və Tavuş bölgələrdə müşahidə olunduğu bildirilir.