Digər sahələrdə də maliyyələşmədə əhəmiyyətli artım gözlənilir
Ermənistan parlamenti 2025-ci il dövlət büdcəsini təsdiqləyib.
Qanun layihəsini 61 deputat dəstəkləyib, 30 deputat əleyhinə (əsasən müxalifət nümayəndələri) səs verib, bitərəf qalan olmayıb.
Təsdiq edilmiş sənədə əsasən, 2025-ci il üçün büdcə gəlirləri 2 trilyon 873 milyard dram (təxminən 7,4 milyard dollar) nəzərdə tutulub ki, bu da 2024-cü il üçün nəzərdə tutulan rəqəmdən 11 faiz çoxdur. Xərclər 3 trilyon 42 milyard dram (7,8 milyard dollar) təşkil edəcək ki, bu da cari ilin səviyyəsindən 13% çoxdur.
2025-ci ilin sonuna qədər dövlət borcunun proqnozlaşdırılan həcmi 877 milyard dram artaraq 5 trilyon 914 milyard drama (təxminən 13,97 milyard dollar) çatacaq. ÜDM-ə münasibətdə dövlət borcu 49,8%-dən 53,5%-ə yüksələcək. Borca xidmət xərcləri 14% artaraq 394,1 milyard drama (1,015 milyard dollar) çatacaq. Müdafiə xərcləri 20% artaraq 665 milyard dram (1,713 milyard dollar) təşkil edəcək.
Digər sahələrdə də maliyyələşmədə əhəmiyyətli artım gözlənilir. Beləliklə, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin xərcləri təxminən iki dəfə – 90% artaraq 47,5 milyard dram (122 milyon dollar) olacaq.