Ermənistan XİN rusiyalı səfirə nota təqdim edib

Rusiya-Ermənistan. Foto: Fly Of Swallow Studio/shutterstock

Səbəb Rusiyanın “Birinci kanal”ında nümayiş olunan proqramdı

Oktyabrın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. Səfir Sergey Kopırkinə Rusiyanın “Birinci kanal”ında oktyabrın 23-də nümayiş olunan proqramla bağlı etiraz notası təqdim edilib.

Məlumatı “armenpress” yayıb.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

“Proqramda Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib”, – deyə Ermənistanın XİN-dən bildirilib.

Bildirilir ki, proqramda Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyanın da iştirak etdiyi deyilir.

Ana səhifə ▸ Dünya ▸ Ermənistan XİN rusiyalı səfirə nota təqdim edib