“Ermənistan və Azərbaycan adi silahlar haqqında Müqaviləni pozmaqda davam edəcəklər”

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən tərəflər münaqişə vəziyyətindədirlər və bu baxımdan iki ölkə silahlanmanın miqyası və detallarını, eyni zamanda, bir-birlərini çəkindirmək üçün düzənlədikləri hərbi təlimlər barədə məlumatları ciddi qorunan hərbi sirr kateqoriyasına daxil edirlər”, – o deyib.

ABŞ Dövlət Departamenti


Cəsur Məmmədov: “Bunun qarşısını almaq üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”

ABŞ Dövlət Departamenti Ermənistan, Azərbaycan və Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni pozduqlarını bildirib.

“Turan” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin “Silahlara nəzarət, onların yayılmaması və tərksilah üzrə sazişlərə və öhdəliklərə əməl edilməsi” adlı yeni hesabatında deyilir. Hesabata əsasən 2019-cu ildə Ermənistanda zirehli texnikanın ümumi sayı əvvəlkitək hərbi texnikanın məhdudlaşdırılması haqqında saziş (TLE) ilə icazə verilən həddi aşır. Bundan əlavə, həmin müqavilə üzrə bir sıra digər öhdəliklərin yerinə yetirilməməsi də narahatlıq doğurur.

Hesabatda Azərbaycanla əlaqədar qeyd olunub ki, ölkədə ümumi silah sayı “2019-cu ildə TLE həddini aşmaqda davam edib və müqavilənin bəzi digər öhdəliklərinin yerinə yetirilməməsi” baş verib. Dövlət Departamenti Azərbaycanı Vyana sənədinin (VD11) tələb etdiyi kimi “2019-cu ildə əsas hərbi təlimlər” barədə xəbərdarlıq etməməkdə ittiham edib.

Rusiyaya gəlincə, sənəddə bildirilib ki, ölkə 2007-ci ildə müqavilənin icrasını “dayandırıb”. Həmin andan Rusiya öz öhdəliklərini pozmaqda davam edir və gələcəkdə bunu Müqaviləyə əməl etmək niyyətində olmadığını bəyan edir. Bundan əlavə, Rusiya qoşunlarının Gürcüstan, Moldova və Ukrayna ərazilərində olduqları ölkələrin razılığı olmadan yerləşdirilməsi 2019-cu ildə də davam etdirilib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov Azərbaycanın, Ermənistanın və Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında müqaviləni pozması və ya ona əməl etməməsinin yenilik olmadığını deyib.

Meydan TV-yə danışan ekspert xatırladıb ki, Azərbaycan və Ermənistanın Rusiyadan davamlı və kütləvi silah, hərbi texnika alması siyasəti uzun illərdir davam edir. Bu, son 5-6 ildə daha da intensivləşib.

Cəsur Sümərinli
Cəsur Məmmədov

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən tərəflər münaqişə vəziyyətindədirlər və bu baxımdan iki ölkə silahlanmanın miqyası və detallarını, eyni zamanda, bir-birlərini çəkindirmək üçün düzənlədikləri hərbi təlimlər barədə məlumatları ciddi qorunan hərbi sirr kateqoriyasına daxil edirlər”, – o deyib.

Cəsur Məmmədov hesab edir ki, Rusiya ilə hərbi əməkdaşlığın davam etməsi və münaqişənin uzanması səbəbindən Müqavilə şərtlərinin gələcəkdə daha da pozulması hallarına rast gəlinəcək:

“Bunun qarşısının alınması üçün müəyyən həll yolları var. Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına son qoyulmalıdır. İkincisi, Rusiya ilə hərbi-texniki əməkdaşlıq şəffaf olmalıdır. Üçuncüsü, Qərb ölkələri Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığa başlamalıdırlar. Göründüyü kimi, bunların həyata keçməsi xəyali məsələdir və o səbəbdən yaxın perspektiv üçün Müqavilə öhdəliklərinin pozulması davam edəcək”.

Ana səhifəSiyasət“Ermənistan və Azərbaycan adi silahlar haqqında Müqaviləni pozmaqda davam edəcəklər”