Bu gecə etiraz aksiyaları Baqramyan prospektində və yaxınlıqdakı Azadlıq meydanında davam edib.
“Qarətə yox!” hərəkatının fəalları Azadlıq meydanına keçiblər. Baqramyan prospektində qalan 1000 nəfərədək etirazçı isə hərəkatı satqınlıqda ittiham edərək mübarizəni sonadək aparacaqlarını bildirib.
Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə aksiya iştirakçılarına qarşı güc tətbiq ediləcəyi barədə bəyanatlar versələr də, polis aksiyalara müdaxilə etməyib (APA).
Barqamyan meydanına su vuran maşınlar və əlavə polis qüvvələri gətirilib
Son məlumatlara görə deputatlar, din xadimləri, şou-biznes nümayəndələri və jurnalistlər polislə aksiyaçılar arasında dayanıb.
Polis aksiyaçılardan səsgücləndiriciləri alıb, qadınları və uşaqları isə aksiya keçirilən meydanı tərk etməyə çağırır. Barqamyan meydanına su vuran maşınlar və əlavə polis qüvvələri gətirilib.
Bir qədər əvvəl verilən məlumata görə, polis aksiyaçılara Yerevanın mərkəzi meydanını təmizləmək üçün yarım saat vaxt verib.
Elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq 19 iyunda başlayan aksiya 22 iyunda dağıdılmışdı. Hakimiyyətin bu addımının səhərisi aksiyalar yenidən başladı.
BBC-Azərbaycanca xəbər verir ki, Ermənistan prezidenti elektrik enerji tariflərinin qaldırılması haqqında qərara qarşı etiraz iştirakçılarına əlavə xərclərin hökumət tərəfindən ödəniləcəyini bildirib və aksiyalara son qoymağı təklif edib.
Amma altıncı gündür Bağramyan prospektində nəqliyyat hərəkətini bağlı saxlayan nümayişçilər Serj Sarkisyanın təklifini qəbul etmir