Ermənistan müxalifəti Qarabağ üzrə razılaşmanı pozmaq istəyir

Parlamentin növbədənkənar çağırışı üçün imza yığılır

Source: ТАСС



Parlamentin növbədənkənar çağırışı üçün imza yığılır

“Çiçəklənən Ermənistan” müxalifət partiyası Yerevanın Qarabağ üzrə yeni razılaşmalarda iştirakını ləğv etmək üçün parlamentin növbədənkənar çağırışı məqsədi ilə imza yığır. Bu barədə deputat İvetta Tonoyan

bəyan edib

.

“Biz bu qərarın ləğv edilməsi məqsədi ilə növbədənkənar iclasın çağırılması üçün imza toplayırıq”, – Tonoyan deyib.

Hərçənd digər deputat Naira Zoqrabyan jurnalistlərə söyləyib ki, müxalifət Yerevanın razılaşmalarda iştirakını ləğv etmək imkanına malik olduğuna əmin deyil. Eyni zamanda “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan bəyan edib ki, imza toplanması başa çatıb: “Zənnimcə, “İşıqlı Ermənistan” fraksiyası həmçinin qol çəkəcək, bundan sonra isə parlamentin növbədənkənar iclası çağırılacaq”, – o deyib.

Arman Abovyan növbədənkənar iclasın hansı məqsəd güddüyü sualına belə cavab verib: “Məgər siz indi ölkədə nə baş verdiyini bilmirsiniz?”

“Hökumət, Nikol Paşinyan getməlidir. Bu gün elə bir vəziyyət yaranıb ki, 45 günlük müharibə total biablrçılığa gətirib çıxarıb. Biz bircə şey anladıq: bu hakimiyyət heç bir məsələni çözmək iqtidarında deyil”, – Abovyan deyib.

Noyabrın 9-u Azərbaycan, Rusiya və Ermənistan liderləri bəyanata qol çəkib. Həmin bəyanatda atəşin və Qarabağda baş verən bütün hərbi əməliyyatların tamamilə dayandırılması elan olunur. Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalır, təmas xətti və Qarabağla Ermənistanı birləşdirən dəhliz boyu Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilir.

Ana səhifəSosialErmənistan müxalifəti Qarabağ üzrə razılaşmanı pozmaq istəyir