Ermənilərin hücumu gözlənilirdi, amma qarşısı alınmadı ?! (VİDEO)

Müharibə şəraitində olan ölkənin hərbi naziri Bodurmda dincəlir, əsgərləri isə yatdığı yerdə qətlə yetirilir

“Ermənilər kontraktla hərbiyə çağrılan əsgərlərin qisasını almalı idilər. Bəzi komandirlərimizin  cinayətkarcasına vəzifə borclarına səhlənkarlıq etmələri nəticəsində bizə zərbə vurublar. Bundan sonra da daha bir yanlış addım atdı”,-deyən, hərbi ekspert  Üzeyri Cəfərov cəbhə xəttində baş verən insidentin əsl səbəbinə aydınlıq gətirir. Ötən həftə Azərbaycan rəsmi məlumatlara görə 8 əsgərinin Şəhid  olması xəbəri ilə ayıldı. Daha sonra isə 4 şəhid də verdi. Bəzi media orqanları qarşı tərəfdə itkilərin sayının 51-71 olduğunu desə də, sonradan məlum oldu ki, bu, dəqiq deyil. Media qurumları guya yalan informasiya ilə cəmiyyətdə ruh yüksəkliyi yaratmağa çalışıb.


Ermənisatn və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində ermənilər tərəfdən belə insidentlər olub

Keçmişə nəzər saldıqda aydın olur ki, əvvəllər də tərəflərin Rusiyanın təşkilatçılığı ilə keçirilən görüşləri ərəfəsində cəbhə bölgəsində belə insidentlər yaşanıb. Bu səbəbdən də bir çox politoloqlar yenə heç bir irəliləyişin olmayacağını bildirərək, olanlarda Rusiyanı günahkar gördülər. Politoloq

 Vəfa Quluzadə

deyir ki, bununla Rusiya Azərbaycana güc nümayiş etdirir:

“ Konkret surətdə Rusiya Azərbaycanı Gömrük İttifaqına aparmaq istəyir. Bununla da Azərbaycanın müstəqilliyinə son qoymaq istəyir. Ona görə Soçi görüşündən əvvəl bu gərginliyi yaradıbdır. Cəbhə bölgəsinə snayperlərini çəkib ki biz orda itki verək. Azərbaycan Putinin şərtlərinə getməyəcək. Gömrük İttifaqına girməklə, Azərbaycanın iqtisadiyyatının açarı verilir Putinə. Biz də oluruq Rusiyanın köləsi olacağıq”

Digər politoloq

Rasim Ağayev

isə bunun əksini düşünür:

“Qeyri rəsmi məsləyə gəlincə Gömrük Komitəsinə Azərbaycanın Rusiya tərəfindən itələnməsi səhvdir. Bunlar belə düşünürlər. Bu fakt deyil axı. Özü də Gömrük İttfaqı ilə dəfələrə söhbət olub. Azərbaycan da öz mövqeyini bildirib ki, ora getməyəcək. Amma belə deyənlər yəqin istərdi ki, bu realaşsın. Əgər Rusiya ilə Azərbaycan arasında gərginlik olsa biz nə qazanacağıq bunu anlamıram. Belə bir siyasət varsa, onda Ermənistanın bu hərəkəti Rusiya tərəfindən yox, Qərbdən reallaşıb”.

Politoloqun fikrincə, belə görüşlərin Rusiya tərəfindən keçirilməsi Moskvanın regionda öz mövqeyini bərkitməsi ilə bağlıdır. Reallıq isə münaqişə tərəflərinin bundan əziyyət çəkdiyini göstərir.

Ötən həftə ermənilər əllərini-qollarını sallayaraq cəbhə bölgəsinə gələrək, əsgərlərimizi qətlə yetiriblər.

Hərbi ekspert Üzeyir Cəfərov

deyir ki, ermənilər Azərbaycandan qisas alıb

“Ermənilər bu insidentdən əvvəl çox ağır itkilərə məruz qalmışdı. Biz cəbhəni keçməmək şərtilə düşmənə o zərbəni vurmuşduq. Siz mülki şəxs kimi deyirsiz ki, bunlar nə əcəb bunu nəzərə almadılar. Bu hadisənin fonunda gözlənməliydki ki, ermənilər bizə cavab zərbəsi endirəcəklər. Aydın oldu ki, itkilər tamamilə başqa şəraitdə olub. Nazirliyin  kəşfiyyat idarəsi düşmənin bütün həmlələrini izləyir. Necə olur ki, düşmənin bu qədər yaxınlaşmasını bizimkilər görməyib. Burda nüans ola bilər ki, bizimkilər yatıblar düşmana tam arxayın olublar”.


Müharibə şəraitində olan ölkənin hərbi naziri Bodrumda dincəlir, əsgərləri isə yatdıqları yerdə qətlə yetirilir?!

Əsgərlərimizin insident zamanı yatıb-yatmaması məsələsi gündəmin əsas müzakirələrindəndir. Amma bir məsələ dəqiqdir ki, Azərbaycan tərəfi cəbhədə dırnaqarası əmin-amanlıqdan arxayınlaşıb. Hücumun Azərbaycan tərəfdən olmaması da ortadadır. Çünki hadisələr baş verən zaman müdafiə naziri ölkə xaricində olub. Maraqldır ki, ermənilərin hücum edə bilmə şansını heç kim düşünməyib.  Politoloq

Rasim Ağayev

təxribatın ermənilər tərəfindən edildiyini bildirsə də, həmin vaxt nazirin Bodrumda olmasına təəccübünü gizlədə bilmədi:

“Bu, bu bu bu bu…Bu bir, bu bu onu təsdiq edir ki, bu təxribatı erməni tərəfi edib. Çünki əmin-amanlıq idi, hətta nazirimiz də çıxıb gemişdi istirahətə. Əgər Azərbaycan tərəfdən belə bir şey gözlənilirdisə, bu olmazdı ki. Burda mən böyük bir şey görmürəm. Bu, bir tərəfdən müsbət haldır. Hamı üçün bu, müsbət haldır, nazir otpuskaya gedib. burda olmayıb və belə bir hadisə baş verib. Bu, o deməkdir ki, Azərbaycan bu provakasiyaya hazırlıq görməyib. Provakasiya Ermənisatn tərəfdən olub.

Rəsmilər hər dəfə ölkənin müharibə şəraitində olmasını bəyan etsələr də, görünən odur ki, bu, yalnız söz xatirinə, bəhanə üçün söylənilir. Cəbhədə baş verən hadisələr isə ya səriştəszilikdən olur, ya da biganəlikdən.

Ana səhifəVideoErmənilərin hücumu gözlənilirdi, amma qarşısı alınmadı ?! (VİDEO)