Ermənistan müxalifəti Paşinyana impiçment elan edəcəyini bildirir. “Hazırda hakimiyyət dəyişikliyinə nail olmağın ən doğru yolu baş nazirə etimadsızlıq ifadə etmək prosesidir. Biz heç bir ilkin şərt olmadan namizəd məsələsini müzakirə etməyə hazır olduğumuzu bildiririk və baş nazirə impiçment prosesini başlatmağa hazırıq”. Politoloq Arif Yunus isə hesab edir ki, Putinin dəstəkçiləri olan Ermənistan muxalifəti bu məsələdə qələbə qazana bilməyəcəklər. “İmpiçment üçün parlamentdə kifayət qədər səs yığa bilməyəcəklər”.