Ərdəbil Məhkəməsi azərbaycanlı fəalları cəzalandırıb: 8 ay həbs, 40 şallaq

“İttihamda qeyd olunub ki, onlar sentyabrın 29-da Ərdəbildə Şeyx Səfi türbəsinə İkinci Qarabağ müharibəsində Azərbaycan ordusuna dəstək olaraq yazılmış bir şüarları ilə foto çəkiblər”.

Source: Specify Source


Onlar "qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaq"da günahlandırılırlar

Ərdəbil Cəza Məhkəməsi dekabrın 1-də milli fəallar Əli Xeyrcu və Meysəm Colanini toplam 8 ay həbs və 40 şallaq cəzasına məhkum edib.

Səbəb onların sentyabr və oktyabr aylarında Azərbaycana dəstək aksiyalarında fəal iştirak etməsi göstərilir.

Bu barədə "İranwire.com" saytı

məlumat

yayıb.

Bildirilir ki, hakim Səccad Həbibiyanın rəhbərlik etdiyi Ərdəbil İkinci Cəza Məhkəməsinin 110 saylı şöbəsi "qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaq" ittihamı ilə fəalların hər birini dörd ay həbs və 20 şallaq cəzasına məhkum edib:

“İttihamda qeyd olunub ki, onlar sentyabrın 29-da Ərdəbildə Şeyx Səfi türbəsinə İkinci Qarabağ müharibəsində Azərbaycan ordusuna dəstək olaraq yazılmış bir şüarları ilə foto çəkiblər".

Bildirilir ki, fəallar latın əlifbası ilə belə bir şüar yazıblar: "Bir millət sizin arxanızdadır, Azərbaycan ordusu".

Əli Xeyrcunun tutulduğu andan "Iranwire"ə göndərilən şəkillər və videolar onun döyülərək nəzarətə alındığını göstirir. Həmçinin bildirilir ki, fəalın ailə üzvləri də təzyiqə məruz qalıb və təhqir ediliblər.

Bundan əlavə Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə də 24 saat saxlanılıb.

Ana səhifəDünyaƏrdəbil Məhkəməsi azərbaycanlı fəalları cəzalandırıb: 8 ay həbs, 40 şallaq