Kübra Əliyeva

Mənbə: big.az

Başlıq: Kübra Əliyeva

Əməkdar artist: Pandemiya teatrlar üçün ağır dövr oldu

"Aktyorların teatrdakı canlı nəfəsi heç nəylə əvəz olunmaz”

“Mən teatrla nəfəs almışam. Teatrı yenə də sevirəm, amma kənardan. Artıq 72 yaşım var. Vaxt vardı, səhnədə ayağımı yerə vuranda, səhnə silkələnirdi. Amma indi silkələnməyim deyə özümü zorla saxlayıram”.

Əməkdar artist Kübra Əliyeva Meydan TV-yə açıqlamasında belə deyir.

O, pandemiya ilə əlaqədar teatrların fəaliyyətinin dayandırılmasını aktyorlar üçün çətin dövr kimi qiymətləndirir: “Teatrın özünəməxusus havası var. Aktyorlar həmin hava üçün darıxırlar. Həyatımızı teatra həsr etmişik. Teatr bizim üçün məbəddir. Kinoya nə qədər baxırsan, bax, aktyorların teatrdakı canlı nəfəsi heç nəylə əvəz olunmaz”.

Pandemiya dövründə film çəkilişlərinə dəvət almadığını bildirən aktrisa deyir ki, artıq kinoya çəkilmək istəmir: “Çünki səhhətim buna imkan vermir. Məni üzdən yaxşı görürlər, amma daxildəki Kübranı görmürlər, özümü toplayıram. Ağır sınaqlardan keçdim. Allah ömür veribsə, yaşayacağam”.

Kübra Əliyeva bir neçə il öncə süd vəzi xərçəngindən əməliyyat keçirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/owuocv

Ən çox baxılan