“Elmar Hüseynov millətin sifətini qoruyan adam idi”

Bu gün, 2 mart “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 18 ili tamam olur. Jurnalist 2005-ci ildə evinin qarşısında naməlum şəxsin silahlı hücumu nəticəsində qətlə yetirilib. Hadisədən 18 il keçsə də, qətlin sifarişçiləri və icraçılar məsuliyyətə cəlb olunmayıb. Mərhum jurnalistin anım günündə həmkarları və siyasətçilər onu məzarı başında yad edib.

Ana səhifəVideo“Elmar Hüseynov millətin sifətini qoruyan adam idi”