“2011-ci il tarixli sənəddə “Elman Həsənbəyli”nin adı göstərildiyi halda, onun doğum tarixi isə iddiaçının doğum tarixi ilə üst-üstə düşmədiyi halda, o materialda özünü necə tanıyıb?”
Oktyabrın 29-da Binəqədi Rayon Məhkəməsində jurnalist Xədicə İsmayıla qarşı proses davam edib. İddiaçı qismində çıxış edən keçmiş müxalifətçi Elman Türkoğlu (Həsənov) jurnalistin Facebook-da onun xüsusi xidmətlər tərəfindən müxalifət daxilində təxribatçılıq fəaliyyəti məqsədilə cəlb edildiyi haqqında sənəd yaymaqla, ona böhtan atdığını iddia edir.
Elman Həsənov bildirib ki, bu, saxta sənəddir. Öz növbəsində, Xədicə İsmayıl onun yaydığı sənəddə Elman Həsənovun soyadının olmadığını qeyd edir.
Məhkəmə iclasında Türkoğlu bildirib ki, bu ilin mart ayında Xədicə İsmayılının dərc etdiyi mətnlə bağlı MTN-ə müraciət edib, amma cavab almayıb. Bu ilin sentyabrında Xədicə İsmayıl Varşavada səfərdə olarkən o, yenidən MTN-ə müraciət edib və ona məhkəməyə müraciət etməyi təklif ediblər və sənədi oraya göndərməyi vəd ediblər.
Elman Həsənov deyib ki, bu material hələ 2011-ci ildə facebook-da “Xilas” qrupunda yayılıb. Onun sözlərinə görə, bunu Xədicə İsmayıl həmkarı Natiq Ədilovla birlikdə edib.
Bununla əlaqədar, vəkil Elton Quliyev Elman Həsənova sual verib – 2011-ci il tarixli sənəddə “Elman Həsənbəyli”nin adı göstərildiyi halda, onun doğum tarixi isə iddiaçının doğum tarixi ilə üst-üstə düşmədiyi halda, o materialda özünü necə tanıyıb? Elman Həsənov bu suala aydın cavab verə bilməyib.
Bundan sonra hakim növbəti iclasın oktyabrın 11-də keçiriləcəyini elan edib.
Xədicə İsmayıl “Turan İA” deyib ki, iddianı predmetsizdir və onun vaxtını alır.
Jurnalistin fikrincə, bu iddianın sıfarişçisi MTN-dir, iddiaçı isə ona qarşı hansı iddiaları olduunu aydın şəkildə izah edə bilmir, belə ki, onun yaydığı variantda cəlb edilmiş casusun adı silinib.
Xatırladaq ki, bu mövzuda nəşrlər 2011-ci ildə facebook-da Mustafa Kozlu adlı istifadəçinin adından yayılıb.