90-cı illər Azərbaycanın kollektiv yaddaşında siyasi həbslər, çevrilişlər, hakimiyyət dəyişiklikləri, müharibə ilə yanaşı, həm də siyasi qətllərlə qalıb: Mikayıl Gözəlov, Yaqub Rzayev, Afiyəddin Cəlilov, Ziya Bünyadov, Elmar Hüseynov, Rafiq Tağı və digərləri… Bu qətllərin böyük hissəsi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Və onların əksəriyyəti iki Əliyevin hakimiyyəti illərində də üstü açılmamış qalıb.