Son araşdırmalar İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ortaq biznes maraqlarını ortaya çıxarıb. Məlum olub ki, bu iki lideri təkcə “bir millət, iki dövlət” və qardaşlıq tezisləri yox, həm də dəyəri yüz milyonlarla ölçülən biznes layihələri birləşdirir. Ərdoğan və İlham Əliyevin ailə üzvləri Zəngilan rayonunda yeni tikilən böyük kənd təsərrüfatı kompleksinin biznes ortağıdır.