Əliyev “Bakı Metropoliteni”nin sədrini dəyişdi

Vüsal Aslanov. Foto: “Azərbaycan Dəmir Yolları” QSC

Zaur Hüseynov vəzifəsindən çıxarıldı, Vüsal Aslanov gətirildi 

Prezident İlham Əliyev “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynovu vəzifəsindən azad edib.

Zaur Hüseynov 2014-cü ildən “Bakı Metropoliteni”nin sədri idi.

Prezidentin digər sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov yeni sədr təyin edilib.

Vüsal Aslanov 1981-ci ildə Sumqayıtda doğulub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüquqü fakültəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006-cı illərdə hərbi xidmətdə olub. 

2006-2013-cü illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, idarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

Vüsal Aslanov 2010-2014-cü illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 

2013-2015-ci illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 

2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsini daşıyıb. 

2015-cidən 2016-cı ilədək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib.

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Ana səhifəXəbərlərƏliyev “Bakı Metropoliteni”nin sədrini dəyişdi