Əlillik təyin edilməyən müharibə iştirakçısı intihara cəhd edib

İkinci Qarabağ müharibəsində yaralanmış Qadir Cəfərov intihara cəhd edib. Hadisə Respublika Əllilərin Bərpa Mərkəzində Qadirə əlilliyin verilməyəcəyi deyiləndən sonra baş verib.

Qadir Cəfərov deyir: “Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. Düz iki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan yaralanmışam. İkinci dəfə isə kəllə-beyin travması almışam. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 dişimi də əməliyyatla çıxarıblar. İndi də ağrılardan yaşaya bilmirəm. Qəlpə yaraları bədənimə zəhərlənmə verib”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Qafqazinfo”ya deyilib ki, Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir: “Q.Cəfərov dünən, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirməklə komissiyaya təzyiq göstərməyə çalışıb. Belə cəhdlərlə qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək, sağlamlıq vəziyyətində əlillik əlaməti olmayan şəxsə əlillik dərəcəsi təyin edilməsi mümkün deyil”.

Ana səhifəVideoƏlillik təyin edilməyən müharibə iştirakçısı intihara cəhd edib