Qurultayda 1 nəfərin onun əleyhinə səs verdiyi bildirilir
İyunun 24-də Maştağa Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının VII qurultayı keçirilib.
Qurultayda bir nəfər əleyhinə olmaqla Əli Kərimli yenidən partiyanın sədri seçilib.
Eyni zamanda, 7 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komisiyası seçilib.
Bu barədə Meydan TV-yə partiya üzvü İlham Hüseyn məlumat verib.
Onun sözlərinə görə, 2 həftədən sonra partiyanın Ali Məclisinə və Rəyasət Heyətinə yeni seçkilər olacaq.
Qurultayda 4 qətnamə qəbul edilib.
AXCP Azərbaycan Milli Azadlıq Hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisidir.
Partiya kimi 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.
Partiyanın sədri Əbülfəz Elçibəy 2000-ci ildə vəfat edib.
Elə həmin ildən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.