Əli Kərimli Daxili İşlər Nazirliyini məhkəməyə verib

Şikayətə Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyev baxacaq.

Source: Foto: arxiv


Partiya sədri pasport ala bilməməsindən şikayətçidir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Daxili İşlər Naizrliyini (DİN) məhkəməyə verib. Səbəb DİN-in 14 ildir ona xarici pasport verməkdən imtina etməsidir.

Şikayətə Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyev baxacaq.

Partiyadan “Turan” İA-a bildirilib ki, Ə.Kərimli cavabdeh kimi DİN Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini, həmçinin üçüncü şəxs kimi Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu cəlb edib.

2006-cı ildən

Ə.Kərimli

yə xarici pasport vermirlər. Səbəb kimi 1994-cü ildə ona qarşı açılan cinayət işinin bağlanmamasıdır. Halbuki, bundan sonra o, iki dəfə parlamentin deputatı seçilib, dəfələrlə xarici pasport və 2 dəfə diplomatik pasport alıb.

2015-ci ildə AİHM Ə.Kərimliyə qarşı Avropa Konvensiyasının 2-ci protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu tanıyıb, hökumət isə Strasburq Məhkəməsinin Böyük Palatasına apelyasiya verməyib.

Ana səhifəSiyasətƏli Kərimli Daxili İşlər Nazirliyini məhkəməyə verib