Əli Kərimlinin sürücüsünə qarşı cinayət işi açılıb

İllüstrasiya: Meydan TV

Zaur Rzalının ölkədən çıxışına qadağa qoyulub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin könüllü sürücüsü Zaur Rzalıya qarşı cinayət işi açıldığı bildirilir.

Partiyadan verilən məlumata görə, o bu gün, mayın 29-da Nərimanov Rayon Polis İdarəsinə çağırılıb və barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə cinayət işi açılıb.

Zaur Rzalı sərbəst buraxılsa da, ölkədən çıxışına qadağa qoyulub.

AXCP üzvü olan Zaur Rzalıya 2025-ci il aprelin 1-də polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs verilmişdi. O, mayın 1-də azadlığa çıxdı.

AXCP-nin hazırda 20 üzvü həbsdədir. Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini bildirir.

Ana səhifəXəbərlərƏli Kərimlinin sürücüsünə qarşı cinayət işi açılıb