Əli İnsanovun işi ilə bağlı monitorinq aparılacaq

Tornbyern Yaqland sabiq nazirin yaxınlarının müraciətinə cavab verib

Source:


Tornbyern Yaqland sabiq nazirin yax


ınlarının


m


üraciətinə cavab verib

Bir qrup ictimaiyyət nümayəndəsi sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarının pozulması ilə əlaqədar Avropa Şurasına müraciət edib.

Avropa Şurası Baş Katibi Tornbyern Yaqlandın onlara cavabında deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə bir neçə işlə məşğul olur.

“Qəbul olunmuş qərarların tam yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən monitorinq aparılacaq. Bu, cənab Ə.İnsanovun işinə də aiddir.

Bu yaxınlarda Azərbaycana səfərim zamanı AŞ-ın diqqətini cəlb etmiş işlər üzrə məsələləri yüksək səviyyədə qaldırdım. Sizi inandırmaq istəyirəm ki, Azəbaycanın sədrliyi zamanı və ondan sonra AŞ-ın müxtəlif institutları hakimiyyətin AŞ dəyərlərinə və prinsiplərinə hörmət etməsi məsələsinə diqqət göstərməkdə davam edəcəklər”.

“Turan İA” agentliyi keçmiş səhiyyə nazirinin yaxınlarına istinadən bu barədə məlumat yayıb.

Əli İnsanov 2005-ci ildə mənimsəmə ittihamı ilə 11 il müddətinə həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub, lakin sonradan bu ittiham ləğv edilib.

2013-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun ədalətli mühakimə hüququnun pozulması haqqında qərar çıxarıb və hakimiyyətin üzərinə ona təzminat ödəmək öhdəliyi qoyub. Lakin bu qərar icra edilməyib.

Ana səhifəXəbərlərƏli İnsanovun işi ilə bağlı monitorinq aparılacaq