“Eldar Mahmudov hansısa siyasi qüvvənin arxasında dayanarsa, buna təəccüblənməməliyik”

“Ona görə ki, onun cinayətlərinin bəhrəsini görən adamlar çox yüksək səviyyədə azadlıqdadır”.

Eldar Mahmudov. Foto: Meydan TV


İlham İsmayıl: Akif Çovdarovu əfv etmək olmazdı

Prezidentin 6 aprel

əfv sərəncamı

5 il əvvəl ləğv edilmiş MTN-nin iki generalının əfvi birmənalı qarşılanmadı. Konkret olaraq, 33 milyon manatlıq əmlakı müsadirə olunan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahəsində Baş Təhlükəsizlik İdarəsinə rəhbərlik edən Akif Çovdarova qarşı irəli sürülən ittihamlar uzun zaman müzakirə predmeti idi. 12 il azadlıqdan məhrum edilmiş A.Çovdarov Cinayət Məcəlləsinin bir çox ağır maddələri ilə ittiham edilmişdi. Onlarında arasında zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla qanunsuz azadlıqdan məhrum etmə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israf etmə kimi maddələr var idi.

Ləğv edilən MTN Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov da oxşar ittihamlarla 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sosial şəbəkələrdə Akif Çovdarov və Sübahir Qurbanovun qısa müddətdən sonra azadlığa çıxması fonunda jurnalist, yaxud hər hansı müxalif fəalları Cinayət Məcəlləsinin adi maddələri ilə təqsdirləndirilib azadlıqdan məhrum edilməsi və cəza müddətini sona qədər çəkmələri qeyd olunub. Buna misal kimi jurnalist Seymur Həzi, Fuad Əhmədli, keçmiş MTN-çilərin əməliyyatı nəticəsində 14 il azadlıqdan məhrum olunan Səid Dadaşbəylinin adları xatırlanır.

6 aprel əfv sərəncamı cəmiyyətdə bir sıra sualları gündəmə gətirdi. Bunların arasında sabiq nazir Eldar Mahmudovun yenidən “diriləcəyi” də var. Başqa biriləri keçmiş MTN-çilərin hansısa siyasi qrupa dəstək verəcəyini istisna etmirlər.


“MTN bu sistemin tərkib hissəsiydi”

Azad Demokratlar Partiyasının sədri, AXC hakimiyyəti dövründə MTN-nin nazir müavini olmuş Sülhəddin Əkbər mövcud hadisələrdə siyasilər və jurnalistlər üçün sirli bir şeyin olmadığını düşünür:

“İllərdir MTN-də baş verən hadisələrin bir qismi ictimaiyyətə açıqlanandan sonra, xüsusən də çoxsaylı məhkəmə proseslərindən göründüyü kimi mənzərə müəyyən qədər aşkar idi. Amma proseslər sona qədər açıqlanmadı. Səbəb aydındır. Bu tip sistemlər bütöv olur, canlı orqanizmdir, hamısı bir-birilə bağlıdır. MTN də bu sistemin tərkib hissəsiydi. Orda baş verənlər elə həddə çatmışdı ki, xarici müdaxilə ilə dəyişikliklər qaçılmaz hala gəldi və addım atıldı. Amma bu orqan sistemin tərkib hissəsi olduğundan sistem-rejim özü onu qorudu. 6 aprel sərəncamında MTN-nin iki tanınmş şəxsinin azad olunması da həmin qoruma siyasətinin nəticəsidir”.

Qoruma siyasətinin ardının gələcəyi, yəni Eldar Mahmudov “diriləcəyi” sualına gəlincə, S.Əkbər cavab verdi ki, əslində, bu günə qədər onun həbs olunmaması, Azərbaycanda yaşamasının özü nəsə deyir:

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

“Ona görə gələcəkdə Eldar Mahmudov vəzifəyə gəlməsə belə, hansısa siyasi qüvvənin arxasında dayanarsa, buna təəccüblənməməliyik. Yəni onun açıq və birbaşa, gizli və ya dolayısı ilə proseslərə təsir imkanı kifayət qədərdir. Nəzərə alın ki, Eldar Mahmudov heç vaxt siyasi fiqur olmayıb. Amma Azərbaycandakı siyasi proseslərə təsir gücünə sahib idi”.


“Eldar Mahmudovun əlində olan materiallara görə ona bir şey deyə bilmirlər”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab etmir ki, “mahmudovçular” fəallaşır, əksinə, bu, onların cəzasızlığının davamıdır:

İlham İsmayıl
İlham İsmayıl

“Çünki o qədər cinayətlərin qarşısında Eldar Mahmudov cəza almadı. Ona görə ki, onun cinayətlərinin bəhrəsini görən adamlar çox yüksək səviyyədə azadlıqdadır. Onlara çox az müddətdə həbsdə olacaqları vəd olunmuşdu. “MTN işi” çox böyük hay-küy yaratsa da, ən ağır cəza verilənlər 5 ildən çox həbsdə qalmadı. Yəni bu adamlar xidmətləri müqabilində tələsik buraxıldılar. Eldar Mahmudovun əlində olan materiallara görə ona bir şey deyə bilmirlər. Təsəvvür edin ki, Akif Çovdarov Masazırda şəxsi həbsxana açmışdı, istəyir siyasi, istəyir maddi gəlir əldə etmək üçün insanları aparıb orda işgəncələr verirdi. Yüksək səviyyədə rəhbərliyin bundan xəbəri vardı. Təkcə elə buna görə onu əfv etmək olmazdı. Sadəcə, onların cinayətlərinə şərik olduqlarına görə bu adamları buraxmağa məcbur oldular. Seymur Həzi isə guya adama butulka atdığı üçün 5 ili sona qədər həbsdə qaldı. Yaxud Tofiq Yaqubluya qarşı qondarma iş açıblar”.

Ana səhifəSiyasət“Eldar Mahmudov hansısa siyasi qüvvənin arxasında dayanarsa, buna təəccüblənməməliyik”