Ekart Tolle | Kimdi O Əjdaha ?

Ekart Tolle mənəvi müəllim və yazıçıdır. Tolle Almaniyada doğulub, daha sonra isə London və Cambridge Universitetlərində təhsil alıb. Tolle ağır depressiyadan əziyyət çəkərkən, 29 yaşında yaşadığı daxili transformasiya onun həyatını radikal şəkildə dəyişir. O bir neçə ilini daxili zövq və xoşbəxtlik hissləri içərisində, işsiz-gücsüz şəhərdə gəzməklə…

Source:

Ekart Tolle mənəvi müəllim və yazıçıdır. Tolle Almaniyada doğulub, daha sonra isə London və Cambridge Universitetlərində təhsil alıb. Tolle ağır depressiyadan əziyyət çəkərkən, 29 yaşında yaşadığı daxili transformasiya onun həyatını radikal şəkildə dəyişir. O bir neçə ilini daxili zövq və xoşbəxtlik hissləri içərisində, işsiz-gücsüz şəhərdə gəzməklə, parklarda gecələməklə keçirdir.

Daha sonra o Şimali Amerikaya köçür və New York Times Best Seller siyahısına düşən İndinin Gücü (The Power of Now) kitabını yazır.

Tolle, Watkins siyahısına əsasən dünyanın ən nüfuzlu mənəvi lideri sayılır.

Biz isə öz növbəmizdə, Ekart Tollenin 7 seçmə fikrini sizinlə bölüşmək istəyirik.


1- Bədbəxtliyin səbəbi olduğunuz vəziyyət deyil, onun haqqında olan fikirlərinizdir.


2-


Özünə tərif verməyi, özünü xarakterizə etməyi tərgit, fərqi yoxdu özün üçün və yaxud başqaları üçün. Narahat olma, ölməyəcəksən. Əksinə həyata qayıdacaqsan. Başqalarının sənə necə tərif verməyindən də narahat olma. Onlar sənə tərif verəndə özləri-özlərini məhdudlaşdırıllar, bu onların problemidi. İnsanlarla əlaqəyə girəndə, orda bir funksiya kimi, hər hansı bir rol kimi olma, orda bir şüur sahəsi kimi iştirak et.


3-


Başa düş ki sənin BU ANDAN başqa heç nəyin yoxdur. BU ANI, İNDİNİ həyatının diqqət mərkəzinə çevir.


4-


Təsəvvür elə ki, sənin akvariumunda bir balıq doğulur, adını da qoyursan Con. Ona doğum haqqında şəhadətnamə düzəldirsən, ailə tarixini danışırsan, və bir neçə dəqiqədən sonra elə həmin akvariumdan başqa bir balıq gəlib həmin Conu yeyir. Sən yəqin ki çox kədərlənərsən. Bunun səbəbi ondadır ki, sən onu ayrı individual bir varlıq kimi təsəvvür etmişdin. Sən dinamik prosesin kiçik bir fraqmentindən yapışmısan, molekular rəqsdən, və bu prosesdən ayrı bir varlıq yaratmısan.


5-


Hər nəyə qarşı mübarizə aparırsansa, savaşırsansa, müqavimət göstərirsənsə o inadkarlıqla dirənməyə davam edəcək. Bu an sənə nə verirsə onu olduğu kimi qəbul et, sanki onu özün seçmisən. Qəbul et – sonra isə hərəkət et.


6-


Sevgi selektiv deyil, necə ki günəşin işığı selektiv deyil. O hər hansı bir insanı xüsusi etmir. O eksklüziv deyil. Eksklüzivlik ilahi sevgi deyil, eqonun ‘sevgi’-sidir. Lakin əsl sevgi, intensivliyini dəyişə bilər. Elə bir insan ola bilər ki, o sənin sevgini sənə başqalarından daha aydın, daha intensiv əks etdirsin, sən də ona qarşı eyni hissləri keçirdirsənsə, deyə bilərik ki siz gerçək sevgi münasibətindəsiniz. Səni o insanla birləşdirən əlaqə, səni avtobusda yanında oturan insanla, ya da bir quşla, ağacla, gül ilə birləşdirən əlaqə ilə eynidir. Sadəcə olaraq onu hiss etmə intensivliyi fərqlidir.


7-


Vaxt heç də qiymətli filan deyil, çünki o bir illuziyadır. Sənin ‘qiymətli’ kimi dəyərləndirdiyin şey, vaxtın xaricində olan bir nöqtədir: İNDİ. Bu həqiqətən qiymətlidir. Nə qədər çox fikrini vaxtın üzərində cəmləyirsənsə -keçmiş və gələcək- o qədər çox İndini itirirsən.

Fotolar: Thor Swift, Susanne Nillson, Beverley Goodwin, Garuna Bor-bor, Hom26, Alexandre Dulaunoy, AM Renault, Kim Myong Sung

Ana səhifəXəbərlərEkart Tolle | Kimdi O Əjdaha ?