Əhliman Əmiraslanov: Ölkədə dərman ehtiyatı var, süni qıtlıq yaradılır

“Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var”.

Source:


İcbari tibbi sığortanın tətbiqinə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb

“Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var”.

Parlamentin iclasında büdcə zərfinin müzakirəsi zamanı deputatı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov belə deyib.

O bildirib ki, xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır. Komitə sədri bunun süni yaranan qıtlıq olduğunu vurğulayıb.

“Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var və bu, süni yaradılmış qıtlıqdır. Bundan vəsait qazananlar var. Bununla bağlı ciddi tədbir görülməlidir”.

Ə.Əmiraslanov əlavə edib ki, bu gün insanlar arasında ənənəvi baş verən xəstəliklər də qalmaqdadır: "Bu gün biz ancaq pandemiyadan danışırq. Elə patologiyalar var ki, onların ağırlığı COVİD-19-dan qat-qat çoxdur. Bununla bağlı da tədbirlər görülməlidir. Çünki gələcəkdə bununla bağlı çox böyük xərclərə getməli ola bilərik”.

2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırıldığını deyən komitə sədri vurğulayıb ki, vəsaitin böyük bir hissəsi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib:

“2021-ci ilin yanvarından 31 şəhər və rayonda icbari tibbi sığorta həyata keçirilməyə başlanılacaq. Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı. Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da, səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub”.

Ə.Əmiraslanov COVID-19 la bağlı vaksinlər 2021-ci ilin ilk aylarında ölkəyə gətirləcəyini bildirib.

Ana səhifəSosialƏhliman Əmiraslanov: Ölkədə dərman ehtiyatı var, süni qıtlıq yaradılır