Əhalinin siyahıyaalınması ilə əlaqədar 40 min şəxs müvəqqəti işə götürülüb

Sayıcılar üçün sentyabrın 23-26-da təlim keçiriləcək

Foto: Meydan TV


Sayıcılar üçün xüsusi treninqlər keçiriləcək

Azərbaycanda oktyabrın 1-dən başlayacaq əhalinin siyahıyaalınması prosesi ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti olaraq işə götürülüb.

Bu barədə

“Report”

saytına məlumat verən Dövlət Statistika Komitəsinin sədri Rauf Səlimov deyib ki, artıq həmin şəxslərlə müqavilələr imzalanıb.

“Bunlar əsasən sayıcılar, sayıcı məntəqələrinin müdirləri, müavinləri, təlimatçı-nəzarətçilərdir. Sayıcılar üçün sentyabrın 23-26-da təlim keçiriləcək”, – R.Səlimov bildirib.

O qeyd edib ki, əhalinin siyahıyaalınması prosesi hər 10 ildən bir keçirilir.

R.Səlimov deyib ki, artıq bütün materiallar – sorğu vərəqələri, siyahıyaalma vərəqələri və digər yardımçı materiallar rayonlara, rayonlardan da sayıcı məntəqələrə çatdırılıb.

Əhalinin siyahıya alınması prosesi oktyabrın 1-də başlanacaq. Bu proses 10 gün davam edəcək. Həmin məlumatlar DSK-ya göndəriləcək və gələn il yanvarın 1-dən onların elektron sistemlərə daxil edilməsinə başlanılacaq.

Siyahıyaalınma ilə bağlı prezident

İlham Əliyev

2016-cı il sentyabrın 7-də sərəncam verib.

Sonuncu dəfə siyahıyaalma 2009-cu ildə olub. 2019-cu il iyulun 1-ə olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 19 min 575 nəfərdir.

Ana səhifəİqtisadiyyatƏhalinin siyahıyaalınması ilə əlaqədar 40 min şəxs müvəqqəti işə götürülüb