“Əgər Rusiyaya qayıtmasam, övladımı uşaq evinə verəcəklər”

“Ancaq bütün hallarda o Xarici İşlər Nazirliyinə müraciət etməlidir”.

Source: Foto: sosial şəbəkə


Övladından ayrı düşən ana Baş nazirə müraciət etdi

Rusiyada yaşayan, müvəqqəti olaraq Azərbaycana gələn Gülnar Ömərova geri qayıda bilmir. İki ölkə arasında sərhədlər bağlanandan sonra övladından ayrı düşən Gülnar Ömərova müvafiq dövlət orqanlarına müraciət etsə də, reaksiya yoxdur.

O, 5 yaşlı oğlu Rüstəm Ömərovu qonşuda qoyduğunu deyir. Ananın sözlərinə görə, hazırda qonşu onun övladını uşaq evinə vermək istəyir.

Bu barədə Meydan TV-yə açıqlama verən G.Ömərova bildirib ki, Moskvada 5 illik müddətə qeydiyyatdadır və həkim işləyir:

“Mənim hələ Moskava qalıb işləmək üçün 2 illik icazəm var, ancaq sənədlərim oğurlandığı üçün 3 günlük Bakıya gəlmişdim ki, sərhədlərin bağlandığı haqda qərar çıxdı. Oğlumu qonşuda qoymuşam, qonşu da vaxt gözləmir və onu uşaq evinə verəcəyini bildirib. Çünki ondan bir həftəlik kömək istəmişdim”.

G.Ömərovanın sözlərinə görə, keçmiş həyat yoldaşı xaricdə olduğu üçün heç kim tərəfindən kömək ala bilmir:

“Mən Rusiyanın Bakıdakı səfirliyinə müraciət etdim ki, arayış versinlər, gedib oğlumu gətirim, ya da uşağı göndərsinlər, amma səfirlik koronavirus xəstəliyi bitməyincə, mümkün olmayacağını dedi. Azərbaycanın Xarici İşlər Nazirliyinə və Baş nazir Əli Əsədova müraciət etsəm də, reaksiya yoxdur”.

d639864c-a96c-4cfc-8a52-ab791b422135.jpg
Gülnar Ömərova

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Gülnar Ömərovanın Xarici İşlər Nazirliyinə müraciət etməsini vacib sayır:

“Gülnar Ömərova sərhəddən buraxılsa da, onu karantinə aparacaqlar. Ancaq bütün hallarda o Xarici İşlər Nazirliyinə müraciət etməlidir”.

Meydan TV Nazirlər Kabinetinin və Xarici İşlər Nazirliyinin mətbuat xidmətləri ilə əlaqə saxlamağa cəhd etsə də, onlar cavab verməyib.

Martın 26-dan etibarən "Azərbaycan Hava Yolları" aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.

AZAL-ın məlumatına görə, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir.

Ana səhifəSosial“Əgər Rusiyaya qayıtmasam, övladımı uşaq evinə verəcəklər”