Əfqanıstanda zəlzələ: Ən azı min nəfərin öldüyü bildirilir (yenilənib)

Mənbə: Telegram

Əfqanıstanda zəlzələ nəticəsində ən azı min nəfər ölüb, 500-dən çox adam yaralanıb. Bu barədə Euronews məlumat yayıb.


Türkiyənin “Sabah” qəzeti zəlzələ nəticəsində ölənlərin sayının 950 nəfərə çatdığını bildirib.


Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb

İyunun 22-də Əfqanıstanın Xost əyalətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində azı 280 nəfərin öldüyü bildirilir.

Əfqanıstan hökuməti zəlzələdən ən çox Paktika vilayətinin Giyan rayonu və Xost vilayətinin Spirey bölgəsinin zərər çəkdiyini qeyd edib.

Mənbə: Telegram

Yerli vaxtla saat 01:24-də baş verən zəlzələ paytaxt Kabil də daxil olmaqla əhalinin sıx yaşadığı şəhərlərdə güclü hiss olunub.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Ana səhifəDünyaƏfqanıstanda zəlzələ: Ən azı min nəfərin öldüyü bildirilir (yenilənib)