Əfqan Sadıqovun vəziyyətinin pisləşdiyi deyilir

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

“Zəng etməsinə də qadağa qoymaq istəyirlər”

Hazırda Gürcüstanda saxlanılan jurnalist Əfqan Sadıqovun vəziyyətinin ağırlaşdığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova “Facebook” profilində yazıb. Bildirib ki, Əfqan Sadıqovla telefonla danışa bilib. Artıq bir aydır aclıq edən Əfqan Sadıqovun təzyiqi ötən həftə 65-55 olub. Ağzından sarı maye gəlib. Həkimlər sitem köçürərək təzyiqin normallaşdırılmasına çalışıblar.

Sevinc Sadıqova qeyd edib ki, Əfqana zəng etməyə belə çətinliklə icazə verirlər.

“Zəng etməsinə də qadağa qoymaq istəyirlər. Əfqan ən çox ailəsindən nigarandır və onlar bunu bilə-bilə telefon qadağası tətbiq etmək istəyirlər”, –Sevinc Sadıqova yazıb.

Əfqan Sadıqov “Azel TV”-nin rəhbəridir və avqustda Azərbaycan tərəfinin sorğusuna əsasən Tbilisidə həbs olunub. O, pul tələb etməkdə ittiham olunur və Azərbaycana ekstradisiyası gözlənilir. Əfqan Sadıqov bu ittihamlarla razılaşmadığı üçün aclıq elan edib.

Ana səhifəSiyasətƏfqan Sadıqovun vəziyyətinin pisləşdiyi deyilir