Bu dəfə Kanada qalib oldu
Bu gün ədəbiyyat üzrə Nobel mükfatı öz sahibini tapdı. Meydan.tv lenta.ru-ya istinadən xəbər verir ki, bu il mükafatın sahibi kanadalı yaxıçı Alisiya Munro olub. Öz kiçik hekayələri ilə tanınan Munro İsveç Akademiyası tərəfindən «müasir hekayə ustası» adını alıb. Ədəbiyyat üzrə Nobel alan Munro bu xəbəri şok içində qarşılayıb. «Mükafata görə çox şadam». Bunu tamilə unutmuşdum. Qızım məni yuxudan oyandırıb xəbər verdi. Donub qalmışam. Sonra hər şey aydın oldu»
Müəllif bu ilin əvəlində yaradıcılığına son vermək planını açıqlamışdı. Onun ən sonuncu işi «Sevimli həyat» hekayəsidir. Xanım yazarı çox vaxt rus yazıçısı Çexovla müqayisə edirlər. O bir neçə dəfə Kanadanın nüfuzlu ədəbi mükafatlarını qazanıb.
Qeyd edək ki, keçən il ədəbiyyat üzrə Nobel mükafatını Mo Yan almışdı.