“Amma deputat olmaq mənlik deyil, çox vaxt alır, məsuliyyətli bir işdir”
Azərbaycanın əməkdar, Dağıstanın xalq artisti Ədalət Şükürov gələn ilin fevralında ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən danışıb.
Müğənni Meydan TV-yə açıqlamasında bildirib ki, deputatlığa namizədliyini verməsini tövsiyə edənlər çoxdur:
“Məndən dəfələrlə soruşurlar ki, millət vəkili olmaq istəyirsiz? Mən əksər millət vəkillərindən daha çox bilirəm. Davranışlarımda, oturuşumda, duruşumda, ağlımda və ali savadımda onların heç birindən geri qalmıram. Hətta deyərdim ki, hər şeyi onlardan daha yaxşı bilirəm. Məndə idarəçilik bacarığı neçə illərdir tam formalaşıb. Amma deputat olmaq mənlik deyil, çox vaxt alır, məsuliyyətli bir işdir. Hansısa bir qərarı qəbul etməzdən öncə müzakirəsi zamanı öz mövqeyini bildirəsən. Bu, zarafat deyil”.
Müğənni millət vəkilləri ilə dostluğundan da söz açıb. Keçmiş millət vəkilləri Adil Əliyev, Ülvi Quliyev, Eldəniz Səlimov, Elşad Həsənovla dostluq münasibətlərinin olduğunu vurğulayıb:
“Deputatlara çox böyük hörmətim var. Amma mənim deputata nə işim düşə bilər? Onların bizə işi düşür. Milli Məclisdə oturanların yarısından çoxu ilə dostluq əlaqələrimiz var. Nə olsun ki, fərqli sahələrdə işləyirik”.
Bu il dekabrın əvvəlində ölkə başçısının sərəncamı ilə beşinci çağırış Milli Məclisi buraxılıb.
Növbəti parlament seçkiləri 2020 ci il fevralın 9-na təyin edilib.