Dunya Myatoviç danışdı

“Azərbaycan media və ifadə azadlığı haqqında ATƏT-in öhdəliklərini ciddi pozur”.

Source:

“Azərbaycan media və ifadə azadlığı haqqında ATƏT-in öhdəliklərini ciddi pozur”.

ATƏT Media  Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç daha iki bloger barədə uzunmüddətli həbs hökmü çıxarılmasından ciddi şəkildə narahatlığını ifadə edib.

“Söz azadlığı ilə vağlı Azərbaycanda həbs edilən şəxslərin siyahısı çox surətlə inkişaf edir. Azad səsləri boğmaq media azadlığı, ifadə azadlığına dair ATƏT qarşısında götürülmüş öhdəliklərin kobudcasına pozulmasıdır” – deyə  Miyatoviç bildirib.

Miyatoviç deyib ki, Azərbaycan media və ifadə azadlığı, haqqında ATƏT-in öhdəliklərini ciddi pozur: “Baş verənlər Azərbaycanda medianın durumuna mənfi təsir göstərməklə yanaşı, həm də özünüsenzuranın güclənməsinə gətirib çıxarır. Fikri sərbəst ifadə etmə, media azadlığı bütün dövrlərdə təmin olunmalıdır. Mən bir daha Azərbaycan hökumətini media nümayəndələrini susdurmaq praktikasına son qoymağa çağırıram”.

O, ölkədə media azadlığının durumunun yaxşılaşdırılması üçün hakimiyyətə yardıma hazır olduğunu bildirib. Onu da vurğulayıb ki, yaxın zamanlarda hakimiyyətin dəvəti ilə Azərbaycana edəcəyi səfəri səbirsizliklə gözləyir.

Sosial şəbəkələrdə hökuməti tənqid edən fəal bloggerlərdən Əbdül Əbilov mayın 27-də 5 il 6 ay, Ömər Məmmədov isə iyunun 4-də 5 il azadlıqdan məhrum edilib.  Onların hər ikisinə qarşı narkotiklə bağlı ittiham verilib.

Ana səhifəXəbərlərDunya Myatoviç danışdı