DTX: Yaralı hərbçilərin ailələrinə edilən yardımları ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanlıb

“Ramil Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib”.

Source: DTX


"Ramil Rüstəmov bank kartı hesablarından pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir"

"Yaralı hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsində şübhəli bilinən Ramil Rüstəmovun saxlandığı bildirilir".

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat

yayıb

.

DTX bildirib ki, olay sosial şəbəkələrdə yayılan xəbərlər əsasında araşdırıb: “1992-ci il təvəllüdlü Ramil Rüstəmovun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Ramil Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib”.

DTX hazırda araşdırmaların aparıldığını qeyd edib.

Ana səhifəSosialDTX: Yaralı hərbçilərin ailələrinə edilən yardımları ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanlıb