DTX: Vilyam Hacıyev aztəminatlı ailələrə evi rüşvət müqabilində verib

Vilyam Hacıyev Azərbaycanda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilən ilk icra başçısı deyil.

Source: Specify Source
DTX Vilyam Hacıyevi belə həbs etdi – Pullar, avtomobillər


İcra başçısının evindən və xidməti otağından külli miqdarda pul vəsaiti çıxdığı bildirilir

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev sərəncamında olan vəsaitləri mənimsəmədə ittiham edilir. Eyni zamanda, vəzifəsindən sui-istifadə etdiyi bildirilir.

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı

məlumatda

bildirilir.

Sənəddə Vilyam Hacıyevin həmin vəsaitləri sosial yardım adı altında ələ keçirdiyi deyilir. Bundan əlavə, o, ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini də pozub:

“Sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışlar verilməsini tapşırıb. Yəni, vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Eyni zamanda, mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə dair şübhələr var”.

Məlumatda deyilir ki, DTX mayın 5-də toplanmış materiallar və məhkəmə qərarıyla Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat keçirib. Baxış zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə aldığı pullarla bağlı qeydlər tapılıb:

“Həmin pullar müxtəlif valyutalarda idi. Xüsusi qaydada qablaşdırılaraq saxlanılırdı. Həmin vəsaitlər və digər sənədlər sübut kimi götürülüb”.

Məlumatda deyilir ki, Vilyam Hacıyev İmişlidə aztəminatlı ailələr üçün inşa edilən mənzilləri növbə əsasında yox, rüşvət müqabilində verməsi ilə bağlı əsaslı şübhələr var:

“İşsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb edib, əməkhaqqı kartlarına köçürülən pulları mənimsədiyinə dair də məlumatlar tapılıb. Bundan əlavə, onun rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçirməsinə dair şübhələr var. Eləcə də İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin”.

DTX bildirir ki, Vilyam Hacıyev həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar alıb. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldığı vəsaitlər də daxildir:

“Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə ittiham edilir. Hazırda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir”.

96233117_3127415160650123_6221865125939249152_o.jpg
V.Hacıyevdən müsadirə olunan pullar

Vilyam Hacıyev Azərbaycanda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilən ilk icra başçısı deyil. Bir həftə öncə, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçildi. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilir.

DTX fevralda

Neftçala Rayon İcra Hakimiyyəti

ndə də əməliyyat keçirmişdi. Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı. Fevralın 22-də Səbail Rayon Məhkəməsi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçdi.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, rüşvətalma, rüşvətvermədə təqsirləndirilib.

Ötən il dekabrın 19-da isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Ağstafa Rayon İcra Hakimiyyəti başçısı

Nizaməddin Quliyev

və müavini Ramiz Tatarov saxlandı. Daha sonra onların hər ikisi məhkəməyə çıxarılaraq barələrində 4 aylıq həbs qəti imkan tədbiri seçildi.

Onlar da rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər.

Nə Vilyam Hacıyevin, nə də digər icra başçılarının vəkillərindən məsələyə münasibət öyrənmək mümkün olub.

Azərbaycanda icra başçılarını xalq seçmir, onları tutduqları vəzifəyə dövlət təyin edir. Artıq 4-cü icra başçısıdır ki, vəzifəsindən sui-istifadə qərarı ilə həbs edilir.

İqtisadçı Rövşən Ağayev deyir ki, rayon icra başçıları aşağı-yuxarı hamısı eyni prinsip və qaydalarla işləyiblər, işləyirlər. Hətta saytlarının tam oxşar olması belə bunu təsdiqləyir. Təkcə dizayn oxşarlığı yox, eyni sistemə məxsus inernet resurslarının unifikasiya olunmuş tərtibatı da bunu göstərir:

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

“Hətta saytlarında dərc edilən informasiyaların məzmunu belə bir-birinin sürətidir. Sanki öz aralarında tam razılaşdırıblar, informasiyaları, hesabatları hansı standartlarla təqdim edək ki, insanlar ordan faydalı nəsə oxuya bilməsinlər. Deməyim odur ki, nəticə etibarı ilə fərqi yoxdur – bunu öz aralarında razılaşdırmaqla ediblər, ya yuxarıdan müəyyən olunan standartlara görədir. Hər iki halda hamısı eyni prinsiplə işləyirlər”.

Rövşən Ağayev deyir ki, elə bil saytlarındakı informasiyaları "kserekopiya" aparatından çıxarıblar. Elə başçıların özləri kimi…

Ana səhifəSiyasətDTX: Vilyam Hacıyev aztəminatlı ailələrə evi rüşvət müqabilində verib