Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq mayın 13-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində əməliyyat aparıb.
Məlumatı
Dövlət Təhlükəsizlik Xidməti yayıb.
Bildirilib ki, keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Məlumatda hansı vəzifəli şəxslərin, hansı qanunazidd əməllərinin qarşısı alındığı bildirilməyib.
2019-cu ilin dekabrından başlayaraq DTX bir sıra icra strukturlarında korrupsiyaya qarşı əməliyyatlar keçirib.
Xüsusi xidmət orqanları tərəfindən Ağstafa, Neftçala, Biləsuvar, İmişli rayonlarının icra başçıları, mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs ediliblər.
Saxlanılanlar rüşvətdə, dövlət vəsaitlərini məsimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.