DTX Sərhəd Xidmətinin rəis müavinini həbs edib

Məlumatda qeyd edilib ki, hazırda araşdırmalar davam etdirildiyindən əlavə məlumat veriləcək.

Source: Specify Source


Yüksək rütbəli hərbi qulluqçular və mülki şəxslər də istintaqa cəlb olunub

Dövlət Təhlükəsizliyi Xidməti Respublika Prokurorluğu ilə birgə mayın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində apardığı əməliyyat barədə

məlumat

yayıb.

Bildirilib ki, DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, eyni zamanda, yüksək rütbəli hərbi qulluqçular və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb. Məlumatda qeyd edilib ki, hazırda araşdırmalar davam etdirildiyindən əlavə məlumat veriləcək.

2019-cu ilin dekabrından başlayaraq DTX bir sıra icra strukturlarında korrupsiyaya qarşı əməliyyatlar keçirib.

Xüsusi xidmət orqanları tərəfindən Ağstafa, Neftçala, Biləsuvar, İmişli rayonlarının icra başçıları, mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs ediliblər.

Saxlanılanlar rüşvətdə, dövlət vəsaitlərini məsimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.

Ana səhifəSiyasətDTX Sərhəd Xidmətinin rəis müavinini həbs edib