DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib (yenilənib)

Onlar vəzifə səlahiyyətlərindən istifadədə və çoxsaylı cinayətlərdə günahlandırılırlar.

Source:

***


18.45.


Neftçalanın icra başçısı vəzifəsindən azad edilib


Azərbaycan Prezidenti


İlham Əliyev


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.


1959-cu ildə anadan olan İsmayıl Vəliyev 1996-cı ildən 2005-ci ilə qədər gömrük sistemində müxtəlif vəzifələr tutub. 2005-ci ildən 2011-ci ilə qədər Qobustan rayon icra başçısı olub, 2011-ci ildə isə Neftçala rayonuna icra başçısı vəzifəsinə təyin edilib.


Prezident İlham Əliyev 2019-cu il oktyabrın 30-da



İsmayıl Vəliyevi



Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

***


Cinayət məsuliyyətinə cəlb edilən şəxslər var


Dövlət Təhlükəsizlik Xidməti

fevralın 20-də məlumat yayaraq, Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyini bildirib.

Məlumatda qeyd olunub ki, rayonun icra hakimiyyətinin vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Onlar vəzifə səlahiyyətlərindən istifadədə və çoxsaylı cinayətlərdə günahlandırılırlar.

“Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir”, – məlumatda deyilir.

Hazırda Neftçala Rayon İcra Hakimiyyəıtinin başçısı İsmayıl Vəliyevdir. O, 2011-ci ildən bu vəzifəni tutur.

Ötən ilin 19 dekabrında

DTX Ağstafa Rayon İcra Hakimiyyəti

ndə əməliyyat keçirərək, icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovu həbs etmişdi.

a839c8086242a74fc41f166bf13018c4.jpg
Neftçala Rayon İcra Hakimiyyəti
Ana səhifəSiyasətDTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib (yenilənib)