DSX: Sərhədçi əsgər snayperlə vurulub

Orxan Paşazadənin həyatını xilas etmək mümkün olmayıb

Source: Meydan TV

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçusunu itirib. DSX-nın yaydığı

məlumatda

deyilir ki, martın 5-də, saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi pozulub. Ermənistana məxsus snayperdən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Nazim oğlu Paşazadə yaralanıb. O, dərhal Qazax rayonunun Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür”, – məlumatda deyilir.

Ana səhifəSosialDSX: Sərhədçi əsgər snayperlə vurulub