DSX: Qazax rayonunda atəşkəsin pozulması nəticəsində sərhədçi həlak olub

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də Azərbaycanın Qazax rayonunda təmas xəttində növbəti dəfə atəşkəs rejimini pozduğu bildirilir.

Source: Specify Source


“Düşmənin diversiya qrupunun təxribatının qarşısı alınıb”

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də Azərbaycanın Qazax rayonunda təmas xəttində növbəti dəfə atəşkəs rejimini pozduğu bildirilir.

Bu barədə məlumatı

Dövlət Sərhəd Xidməti

yayıb.

Bildirilib ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb: "Ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülüb".

“Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər İbrahim Vəliyev qəhrəmancasına şəhid olub”,-deyə DSX qeyd edib.

Fevral ayında atəşkəsin pozulması nəticəsində ikinci əsgər ölümü qeydə alınıb.

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu

Seymur Eldar oğlu Ələsgərov

həlak olub.

Ana səhifəSiyasətDSX: Qazax rayonunda atəşkəsin pozulması nəticəsində sərhədçi həlak olub