***
Baş Prokurorluq kursant Telman Nəbiyevin intiharı ilə bağlı cinayət işi açıb.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Telman Nəbiyevin dünən intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.
***
Telman Nəbiyevin özünü hansı səbəbdən asdığı məlum deyil
Dövlət Sərhəd Xidməti Akademiyasının 2-ci kurs tələbəsi Telman Nəbiyevin intihar etdiyi deyilir.
Məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.
Bildirilir ki, hadisə noyabrın 17-də saat 21 radələrində baş verib:
“Akademiyanın 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asıb”.
Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanlarının hadisə ilə bağlı birgə araşdırma apardığı bildirilir.