DSX “Keşikçidağ”da təxribat ola biləcəyi barədə məlumat yayıb

DSX bildirib ki, bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub və Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb

Source: google


“Baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”

Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində iyun ayının 4-də təxribat törədilə bilər.

Belə bir

məlumat

la Dövlət Sərhəd Xidməti (DSX) çıxış edib.

DSX bildirib ki, bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub və Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb:

“Dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”.

Ötən ilin 20 aprel tarixində Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan-Azərbaycan dövlət sərhədini ziyarət edəndən və “David Qareci” monastr kompleksinin ərazisində sərhədçilərə baş çəkdikdən sonra mövzu təkrar gündəmə gəlib.


2019-cu ilin yayı

nda tarixi abidə ətrafında vəziyyət gərginləşib. Vəziyyət hökumətlərarası komissiyanın işi başlayandan sonra stabilləşib.

Ana səhifəSiyasətDSX “Keşikçidağ”da təxribat ola biləcəyi barədə məlumat yayıb