DSX: Ermənistan tərəfinin açdığı atəş nəticəsində mülki şəxs həlak olub

Məlumatda deyilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı Ermənistan tərəfinin təxribatları davam etməkdədir

Source: meydan.tv


Ekskavator sürücüsü yol çəkərkən gülləyə tuş gəlib

Qazax rayonunun Quşçu Ayrım kəndində təminat yollarının salınması ilə məşğul olan ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Ələkbər oğlu Abışovun Ermənistan tərəfindən açılan atəş nəticəsində həlak olduğu bildirilir.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, hadisə oktyabrın 2-də, saat 16:55-də baş verib.

Məlumatda deyilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı Ermənistan tərəfinin təxribatları davam etməkdədir:

“Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qarşı tərəfin atəş nöqtələri cavab atəşilə susdurulub”.

Ana səhifəSiyasətDSX: Ermənistan tərəfinin açdığı atəş nəticəsində mülki şəxs həlak olub