DSK bu il ümumi daxili məhsulun artdığını deyir

Foto: Meydan TV

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb

Bu ilin ilk 3 ayında Azərbaycanda 29096,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 856,5 manata bərabər olub.

Bu il martın 1-ə olan məlumata görə, ölkə iqtisadiyyatında 1727,2 min nəfər muzdla çalışan işçi olub. Onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Yanvar və fevral aylarında onların maaşı 946.8 manat olub. DSK bildirir ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artım deməkdir.

Ana səhifəİqtisadiyyatDSK bu il ümumi daxili məhsulun artdığını deyir