Gürcüstanda minlərlə insan “rus qanunu”na 2 aya yaxın etiraz etsələr də, parlament səs çoxluğu ilə “Xarici təsirin şəffaflığı” haqqında qanunu qəbul etdi.
Qanuna görə QHT-lər və media qurumları Ədliyyə Nazirliyi tərkibində yaradılan reyestrdən qeydiyyatdan keçməlidir. Bir çox təşkilatsa qeydiyyatdan keçməkdən imtina edir.
Onlar arasında Gürcüstan azərbaycanlıları tərəfindən yaradılan təşkilatlar da var.